Azərbaycan və Türkiyə hərbçiləri şərti düşmənin komanda-idarəetmə
məntəqələrini sıradan çıxarıblar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ölkəmizdə keçiriləcək “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin
məşqləri zamanı Azərbaycan və Türkiyə xüsusi təyinatlıları yüksək peşəkarlıq
nümayiş etdirirlər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, birgə təlimin növbəti məşqlərində həyəcan siqnalı ilə
qaldırılan xüsusi təyinatlılar verilən tapşırığa əsasən ərazinin qorunma
xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif
fəaliyyətləri yerinə yetiriblər.
Plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf
edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra edilib. Düşmənin
komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də
canlı qüvvəsi zərərsizləşdirilib.
“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin məşqləri davam edir.