eb913804-b0ee-49b3-91eb-7b815699617d..jpg

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Baxış sayı: 567 dəfə baxılıb.

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli
Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi
Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi, qardaş
ölkənin hərbi qanunvericilik aktlarının Azərbaycan Respublikasının
qanunvericiliyinə inteqrə edilməsi, döyüş və əməliyyat şəraitində beynəlxalq
hüquq və konvensiyaların tətbiq edilməsi mexanizminin hazırlanması mövzularında
ətraflı müzakirələr aparılıb.

Həmçinin hərbi hüquqşünasların xidməti fəaliyyətində qabaqcıl təcrübənin
öyrənilməsi, onların xaricdə təhsili, habelə ikitərəfli əməkdaşlığın gələcək
perspektivləri və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Source link