Türkiyənin Qars vilayətində Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə hərbi təlimləri keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Anadolu” agentliyi Türkiyə SQ-nın baş qərargahına istinadən məlumat yayıb.
Məlumata görə mayın 29-dan 31-ə kimi davam etmiş manevrlərdə məqsəd hər iki ölkənin piyada qoşunları arasında təcrübə mübadiləsi və əməliyyatlarının əlaqələndirilməsi olub.
Azərbaycandan təlimlərdə motoatıcı bölük iştirak edib.