af2284c6-f02a-4db2-9d20-90b558afe6ed..jpg

Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişafını müzakirə ediblər – FOTO

Baxış sayı: 716 dəfə baxılıb.

Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişafını müzakirə ediblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində
görüləcək birgə tədbirlər barədə müzakirələr aparıblar.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, Türkiyədə işgüzar səfərdə olan ADY-nin sədri Rövşən Rüstəmov bu
gün bir sıra ikitərəfli görüşlər keçirib.

İlk olaraq Türkiyə Dövlət Dəmir Yollarının (TCDD) direktoru və İdarə Heyətinin
sədri Hasan Pezukla baş tutmuş görüş zamanı iki ölkə arasında dəmir yolu
sahəsində mövcud əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq kəsb edən
Qars-Naxçıvan dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə
təkmilləşdirmə işləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin iki ölkənin
dəmiryol qurumları arasında təcrübə mübadiləsinin aparılması barədə razılıq
əldə olunub.

Daha sonra ADY sədri “TCDD Taşımacılık” şirkətinin direktoru və İdarə
Heyətinin sədri Ufuk Yalçınla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün
perspektivləri, beynəlxalq yük daşımaları sahəsində ölkələrimiz arasında
əməkdaşlığın mövcud vəziyyəti, gələcək planlar istiqamətində görüləcək birgə
tədbirlər barədə müzakirələr aparılıb.

Source link