Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası
çərçivəsində venesuelalı həmkarı İvan Xil Pinto ilə COP29 çərçivəsində
əməkdaşlığı müzakirə edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin
mətbuat xidməti bildirib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Venesuelanın xarici işlər
naziri İvan Xil Pinto Azərbaycan və Venesuela arasında müxtəlif sahələrdə
ikitərəfli və çoxtərəfli münasibətləri, o cümlədən COP29 çərçivəsində
əməkdaşlığı müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində görüşüblər”,
– XİN-in sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının
79-cu sessiyası çərçivəsində belaruslu həmkarı Maksim Rıjenkov ilə görüşüb.
09:22
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 79-cu sessiyası çərçivəsində Belarus xarici işlər naziri Maksim
Rıjenkov ilə görüşüb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)
məlumat yayıb
Görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq
münasibətlərinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin
səviyyəsindən məmnunluq ifadə edilərək, yüksək səviyyəli görüşlərin və siyasi
dialoqun davam etdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi
və tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması baxımından önəmli
olduğu vurğulanıb.
Azərbaycan və Belarus arasında münasibətlərin inkişafında iki ölkənin
liderləri arasında dialoqun mühüm rol oynadığı diqqətə çatdırılıb, bu
istiqamətdə Belarus Prezidentinin işğaldan azad olunmuş ərazilərimizə etdiyi
tarixi səfər məmnunluqla xatırlanıb.
Bu kimi təmasların mövcud dostluq və əməkdaşlıq münasibətlərinin
perspektivlərinin müzakirəsində əhəmiyyətli rol oynadığı qeyd olunub.
İqtisadiyyat sahəsinin müxtəlif istiqamətləri, o cümlədən ticarət və
investisiyalar üzrə əməkdaşlıq üçün perspektivlərin mövcudluğu, habelə bu
imkanlardan istifadənin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.