a4d23629-c11c-4b26-a89b-feae21baec6e..jpg

Azərbaycan vətəndaşları Bakıdakı Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anırlar – FOTO

Baxış sayı: 916 dəfə baxılıb.

Azərbaycan vətəndaşları Bakıdakı Türkiyə səfirliyinin qarşısında zəlzələ
qurbanlarını anırlar – FOTO

Azərbaycan vətəndaşları Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra qardaş
ölkə ilə həmrəylik nümayiş etdirmək və zəlzələ nəticəsində həyatını itirənlərin
xatirəsinə hörmət məqsədi ilə qardaş ölkənin Bakıdakı səfirliyinin qarşısına
gül dəstələri düzüblər.

“Report” xəbər verir ki, insanlar hazırda səfirlik önünə gəlməyə davam edirlər.

Qeyd edək ki, baş verən fəlakət nəticəsində Türkiyədə bir həftə milli matəm
elan edilib. Bununla əlaqədar səfirliyin önündəki Türkiyə bayrağı yarıya
endirilib.

Fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Nəticədə azı 3 381 nəfər ölüb,
20 426 nəfər yaralanıb.

Source link