Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı rəsmi Bakının
diplomatik nümayəndəliyinə müraciət olmayıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər
Nazirliyindən bildirilib.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da vətəndaşlarını Livandan təxliyə edəcək.
Buna səbəb Yaxın Şərqdə gərginləşən vəziyyətdir.