Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedəcəklər - RƏSMİ

Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedəcəklər – RƏSMİ

Baxış sayı: 2. 360 dəfə baxılıb.

Bu gündən Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedə biləcəklər.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə məlumat Serbiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Müvafiq qərar Serbiya hökuməti tərəfindən mayın 24-də qəbul edilib və iyunun 2-də qüvvəyə minib.

Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilərlər.

www.ÇıxışYolu.Com