0080f8ca-6877-48dd-bba0-81d8eb55a3aa..jpg

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasına təyinat alıb

Baxış sayı: 959 dəfə baxılıb.

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasına təyinat alıb

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri,
Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz
İsmayılova kişi voleybolçular arasında Çempionalar Liqasına təyinat alıb.

“Report”un məlumatına görə, AVF rəsmisi bu gün Fransanın Tur şəhərində
keçiriləcək “Turs VB” və Almaniyanın “Fridrixshafen” koamndaları arasında
keçiriləcək matçda supervayzer funksiyasını yerinə yetirəcək.

Avropa Voleybol Konfederasiyasının bu oyun üçün təyinatlarına əsasən
İsmayılova görüşün hakimləri macarıstanlı Jolt Mözeffi və potuqaliyalı Rikardu
Ferreyranın işinə qiymət verəcək.

Source link