Azərbaycan voleybolçuları DÇ-də qələbə qazandılar

Baxış sayı: 3. 401 dəfə baxılıb.

Azərbaycan voleybolçuları DÇ-də qələbə qazandılar

Qadınlardan ibarət Azərbaycan voleybol millisi Yaponiyada keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Faiq Qarayevin yetirmələri “C” qrupunda Cənubi Koreya yığmasından daha güclü olub – 3:1 (25:18, 25:18, 23:25, 25:18).

Xatırladaq ki, dünən idmançılarımız amerikalılara 0:3 hesabı ilə məğlub olublar.

Oktyabrın 2-də Azərbaycan komandası Rusiya ilə qarşılaşacaq.

Daha sonra voleybolçularımızı Trinidad və Tobaqo və Tailand kollektivləri ilə matçlar gözləyir. 

www.ÇıxışYolu.Com