Azərbaycan xəstəxanalarında randevu sistemi test rejimdə tətbiq olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda tətbiq olunacaq randevu
sistemi test rejiminə artıq hazırdır və “Medinex” – 2023” sərgisində nümayiş
olunacaq”.
“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
Marketinq və ictimaiyyətə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova
noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq III Azərbaycan
Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (“Medinex”) barədə məlumat verərkən
deyib.
Onun sözlərinə görə, sərgidə “e-Tabib” mobil tətbiqinə əlavə olunacaq randevu
sistemi haqqında məlumat veriləcək:
“Sərgidə həmçinin çəkisi 4 kq-dan az olan rentgen cihazı da təqdim ediləcək.
İnnovativ avadanlıqların ölçüləri kiçik olsa da, dəqiq nəticələrin əldə
olunmasına imkan yaradır.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” – 2023” sərgisinin rəsmi
dəstəkçisidirlər.