Azərbaycan xarici avtomobil istehsalçıları ilə əməkdaşlığı müzakirə edib –
YENİLƏNİB + FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov “General Motors International” şirkətinin
vitse-prezidenti Coni Saldana, Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə
Heyətinin sədri Şavkat Umurzakov və “Uno Minda” şirkətinin rəhbəri Nirmal Kumar
Minda ilə görüşüb.
Cixisyolu.com nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Özbəkistan
qarşılıqlı faydalı iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər, o cümlədən,
avtomobil sənayesi üzrə genişləndirilməsi üçün böyük imkanlar vurğulanıb,
avtomobil sənayesinin tərəfdaşlıqda prioritet sahələrdən biri olduğu qeyd
edilib.
Tərəflər avtomobil istehsalı sahəsində əməkdaşlığın inkişafı, istehsalın
lokallaşdırılması, xarici bazarlara birgə ixrac məsələləri barədə fikir
mübadiləsi aparıblar.
17:40
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov xarici aparıcı avtomobil
istehsalçıları ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
Bunu nazir Mikayıl Cabbarov “Twitter”də bildirib.
“General Motors” (GM) şirkətinin vitse-prezidenti Coni Saldana, “UNO MİNDA”
(Unomindacom) şirkətinin rəhbəri Nirmal Kumar Minda (MindaNirmal),
“Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ilə görüşdə birgə
əməkdaşlıq barədə fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.
General Motors (@GM
vitse-prezidenti Coni Saldana, UNO MİNDA (@Unomindacom
Nirmal Kumar Minda (@MindaNirmal
İdarə Heyətinin sədri Şavkat Umurzakov ilə görüşdə birgə əməkdaşlıq barədə
fikir mübadiləsi apardıq.#EconomyAz
pic.twitter.com/Yhnx9Qui8k
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 15, 2023