5ce2efbd-db17-44cf-9036-9bafddc7c400..jpg

Azərbaycan xarici dövlət borcunu üç faiz azaldıb, daxili dövlət borcunu dörd dəfəyə yaxın artırıb

Baxış sayı: 732 dəfə baxılıb.

Azərbaycan xarici dövlət borcunu üç faiz azaldıb, daxili dövlət borcunu dörd
dəfəyə yaxın artırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 milyard 480,7 milyon
ABŞ dolları (11 milyard 17,2 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili
Məhsulun (ÜDM) 9%-i qədər olub.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 212,5
milyon ABŞ dolları (361,2 milyon manat) və yaxud 3,2% azalıb.

Azərbaycanla beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit
sazişləri çərçivəsində 2023-cü ildə 148 milyon ABŞ dolları (251,6 milyon manat)
kredit vəsaitindən istifadə edilib.

Bundan başqa, ötən ilin sonuna ölkənin daxili dövlət borcu 15 milyard 866,4
milyon manat təşkil edib. Bu, əvvəlki ilin sonuna nisbətən 11 milyard 678,2
milyon manat və yaxud 3,8 dəfə çoxdur. Artımın əsas səbəbi 9 milyard 351 milyon
manatlıq dövlət zəmanətli öhdəliklərin dövlət borcuna aid edilməsi, bununla
yanaşı dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki
qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət
borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması
və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövlət istiqrazlarının
yerləşdirilməsi olub. 2023-cü ildə daxili dövlət borcunun ÜDM-ə nisbəti 9,8
faiz bəndi artaraq 3,1%-dən 12,9%-ə yüksəlib.

Dövlət borcunun tərkibində xarici dövlət borcunun xüsusi çəkisi son 5 ildə
29,8 faiz bəndi azalaraq 92,6%-dən 62,8%-ə düşüb, daxili dövlət borcunun xüsusi
çəkisi isə müvafiq olaraq (dövlət borcuna yenicə aid edilmiş dövlət zəmanətli
öhdəliklər istisna olmaqla) 7,4%-dən 37,2%-ə çatıb.

Source link