72d61fd3-e68d-423a-8b89-1d20d341a876..jpg

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 780 nəfərin cəsədini çıxarıblar – FOTO/VİDEO

Baxış sayı: 770 dəfə baxılıb.

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 780 nəfərin
cəsədini çıxarıblar – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən
Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş
ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və
axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay
bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində
dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini
çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.


Source link