0f6398e5-440a-4b47-b301-f080aff8fb12..jpg

Azərbaycan XİN başçısı BƏƏ Prezidenti ilə regional təhlükəsizliyi müzakirə edib – FOTO/VİDEO

Baxış sayı: 756 dəfə baxılıb.

Azərbaycan XİN başçısı BƏƏ Prezidenti ilə regional təhlükəsizliyi müzakirə
edib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb
Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd
bin Zayed Al Nəhyan ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüşdə, iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər,
habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Görüş zamanı, Azərbaycan və BƏƏ arasında əməkdaşlıq gündəliyinin
genişləndirilməsində ali və yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti
vurğulanıb.

Diplomatik münasibətlərin qurulmasından ötən müddət ərzində iki ölkənin İslam
həmrəyliyi, dostluq, qardaşlıq prinsipləri əsasında əməkdaşlıq əlaqələrinin
inkişafı üçün səy göstərdiyi məmnunluqla qeyd olunub.

Görüş zamanı, Azərbaycan və BƏƏ arasında mövcud çoxşaxəli nümunəvi əməkdaşlıq
gündəliyinin davam etdirilməsi, turizm, təhsil, yüksək texnologiyalar kimi
sahələrdə əməkdaşlığın daha da genuşləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Foreign Minister of #Azerbaijan

@Bayramov_Jeyhun was
received by@MohamedBinZayed
, President of the #UAE
.

Prospects of cooperation between Azerbaijan 🇦🇿 and the United Arab Emirates
🇦🇪, regional and international security issues were discussed.
pic.twitter.com/7m783n4tfJ
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 31, 2023

Source link