cc3ea4e7-bd44-4ceb-8179-b3f2c9f2ca86..jpg

Azərbaycan XİN başçısının müavini Yunanıstanda COP29-la bağlı müzakirələr apardı

Baxış sayı: 613 dəfə baxılıb.

Azərbaycan XİN başçısının müavini Yunanıstanda COP29-la bağlı müzakirələr
apardı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev 10-12 apreldə
Yunanıstanda işgüzar səfərdə olub.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı nazir müavini IX Delfi İqtisadi Forumunda BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
sessiyasına (COP) dair panel müzakirələrdə iştirak edib.

Diqqətə çatdırılıb ki, F.Rzayev çıxışında 2024-cü ilin noyabr ayında
Azərbaycanda keçiriləcək COP29-a hazırlıq və görüləcək işlərdən, habelə
Azərbaycanda ətraf mühitin mühafizəsi, alternativ enerji mənbələrinin inkişafı
istiqamətində atılan addımlardan danışıb.

“Fariz Rzayev həmçinin ölkəmizin işğaldan azad olunan ərazilərinin yaşıl
enerji zonası elan edildiyi, bölgənin enerjiyə olan tələbatının, o cümlədən
“ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulan yaşayış
məntəqələrinin yaşıl enerji ilə təmin olunduğu barədə məlumat verib. Səfər
çərçivəsində Fariz Rzayev, eləcə də Yunanıstanın hökumət rəsmiləri və parlament
üzvləri ilə də görüşüb. Görüşlərdə ikitərəfli və çoxtərəfli formatda
əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq
gündəlikdə dayanan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb”, – məlumatda
qeyd edilib.

Source link