bc06961b-970d-4ec7-87c5-8522e05a4506..jpg

Azərbaycan XİN ermənilərin Xocavənddə törətdiyi terror aktını pisləyib

Baxış sayı: 572 dəfə baxılıb.

Azərbaycan XİN ermənilərin Xocavənddə törətdiyi terror aktını pisləyib

19 senyabr 2023-cü il tarixində bir ədəd nəqliyyat vasitəsi Rusiya sülhməramlı
kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan erməni
silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu
ərazisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Bu təxribat
nəticəsində iki nəfər mülki şəxs həlak olub.

Bu barədə XİN-in yaydığı məlumatda bildirilib.

Vurğulanıb ki, eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən
Daxili İşlər Nazirliyinin dörd əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi
ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar:

“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə
mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.

Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki,
Üçtərəfli bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən
erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların
yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin
əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır.
Bununla yanaşı, bu təxribatların məqsədi post-münaqişə dövründə aparılan
genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki
əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc
yaşamasına maneçilik yaratmaqdır.

Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun
yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları
qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır”.

Source link