f6d91308-01b7-4083-9eae-88f38f07939f..jpg

Azərbaycan XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırdı

Baxış sayı: 1. 061 dəfə baxılıb.

Azərbaycan XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə
çağırdı

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa hökumətini ölkədə konstitusion
hüquqlara hörmət etməyə çağırıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi
Ayxan Hacızadə Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına
cavabında bildirib.

“Fransada Prezident Emmanuel Makronun qərarı ilə əlaqədar əhalinin
etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən
artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı
qeyri-insani davranışları pisləyirik. Fransa hökumətini ölkədə fikir və sərbəst
toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə
çağırırıq.

Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları
Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri
çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir”, – XİN
rəsmisi deyib.

Qeyd edək ki, son günlərdə Fransa Prezidenti Emmanuel Makronun bu ölkədə
qanunvericiliyə dəyişikliklər qərarı ilə bağlı etirazçılara qarşı
hüquq-mühafizə orqanları tərəfindən geniş şəkildə güc tətbiq olunmaqdadır. Bu
zorakılıq Avropa Şurası, “Amnesty International” və bir çox digər beynəlxalq
insan hüquqları təşkilatları tərəfindən pislənib.

Source link