ea8bda91-593e-48a2-ba02-293f67e854a7..jpg

Azərbaycan XİN: “Türkiyəyə növbəti yardıma hazırlıq tam sürətlə davam edir” – YENİLƏNİB + FOTO

Baxış sayı: 907 dəfə baxılıb.

Azərbaycan XİN: “Türkiyəyə növbəti yardıma hazırlıq tam sürətlə davam edir” –
YENİLƏNİB + FOTO

“Türkiyəyə növbəti yardıma hazırlıq tam sürətlə davam edir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin
rəisi Ayxan Hacızadə “Twitter”də bildirib.

“Azərbaycan qardaş Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün çadırlar, yataq
dəstləri, qızdırıcılar, stollar, oturacaqlar və digər avadanlıqlardan ibarət
təyyarələr və xüsusi maşınlar göndərir. İndiyədək 470-dən çox xilasetmə və
tibbi yardım qrupu göndərilib”, – XİN rəsmisi qeyd edib.

Preparations for next aid is underway. #Azerbaijan
is
sending planes & special vehicles that will include tents, bedding, heaters,
tables, seats and other equipment for the victims of earthquake in brotherly
#Türkiye
🇹🇷. So far, more than 470 rescue and medical teams dispatched.
pic.twitter.com/SBTme0t2ao
— Aykhan Hajizada (@Aykhanh) February 7, 2023

20:20

“Türkiyənin zəlzələ baş verən bölgəsindən azərbaycanlıları təxliyə edən 2
avtobus artıq yola düşüb, təxliyə başlanıb”.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin
rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, hazırda zəlzələ bölgəsində yaşayan azərbaycanlıların
siyahısının dəqiqləşdirilməsi davam edir.

Source link