Azərbaycan XİN Yaponiyaya başsağlığı verib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyaya başsağlığı verib.
Bununla bağlı XİN-in “X” hesabında paylaşım edilib.
“Yaponiyanın Noto yarımadasında baş verən zəlzələ nəticəsində qeydə alınan
insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həlak
olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət
alanlara şəfa diləyirik”, – paylaşımda qeyd olunur.
Qeyd edək ki, Yaponiyada yanvarın 1-dən etibarən silsilə zəlzələlər qeydə
alınır. Yaponiyanın rəsmi qurumlarının yaydığı son məlumata əsasən, təbii
fəlakət nəticəsində ölənlərin sayı 126-ya çatıb, azı 516 nəfər isə yaralanıb.
We are deeply saddened by the loss of lives and damage caused by the Noto
Peninsula Earthquake in#Japan
We extend heartfelt condolences to the families and friends who have lost
loved ones in this disaster, and wish speedy recovery to the injured.
@MofaJapan_en
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 6, 2024