Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür.
XTQ-nin yaradılmasından 25 il ötür.
XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub.
Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit
və gizirlər iştirak ediblər.
XTQ-nin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı
Qüvvələri xüsusi rol oynayıb.
29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni
yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi
keçirilib. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi
münasibətilə keçirilən paradda XTQ-yə Hikmət Mirzəyev rəhbərlik edib.
Azərbaycan xüsusi təyinatlıları ümumilikdə Türkiyə və Pakistan hərbi
akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u “Maroon beret” sertifikatı
qazanır. Yeniyetmələrə günlərlə ac və susuz qalsalar da, həyatda qalmağı və
vəzifələrini icra etməyi öyrədirlər. Odlu silahları və partlayıcıları əhatə
edən silah təhsili də alırlar.
2016-cı ilin aprelində baş vermiş döyüşlərdə XTQ-nin bölmələri iştirak
ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası
məhv edilib.
2020-ci il iyunun 20-də yeni xüsusi təyinatlı birlik yaradılıb. Həmin il
iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra
genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk
mərhələdə Azərbaycan XTQ-nin bölmələri də iştirak edib.
Vətən müharibəsi Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı
birləşmələrin aktiv şəkildə istifadə edildiyi müharibə hesab olunur.
II Qarabağ – Vətən müharibəsi zamanı XTQ-nin şəxsi heyəti bir sıra əraziləri
işğaldan azad edib. Noyabrın 8-də Prezidentİlham Əliyev Hikmət Mirzəyevi
Şuşanın azad edilməsi münasibətilə təbrik edib. Ümumiyyətlə, müharibədəki
taktiki qələbələrin bir çoxu XTQ-nin yerdəki mövqelərindən hədəf koordinatları
təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran
diversant qrupları sayəsində əldə edilib.
XTQ-nin 36 hərbi qulluqçusu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.