3293cfdc-79f3-4c7a-988d-1b35223fa38d..jpg

Azərbaycan xüsusi təyinatlılarının təlimindən yeni görüntülər – FOTO/VİDEO

Baxış sayı: 561 dəfə baxılıb.

Azərbaycan xüsusi təyinatlılarının təlimindən yeni görüntülər – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və
bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının
aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimdə müxtəlif fəaliyyətlər
icra edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar xəritə
üzərində tapşırıqları dəqiqləşdirərək əməliyyat rayonunun dərinliyinə sızıb,
şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə
yetiriblər.

Həmçinin yüksək dağlıq və çətin keçilən ərazilərdə, eləcə də sərt enişlərdə,
sıldırım yamaclarda dağçılıq ləvazimatlarından istifadə etməklə hərəkət
qaydaları məşq etdirilib.

Taktiki təlimdə snayperlər fərdi və cütlük şəklində hərəkət, atəş mövqeyinin
seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş açma
tapşırıqlarını da müvəffəqiyyətlə icra ediblər.

Bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bilik və bacarıqlarının
artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, eləcə
də hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə
keçirilən təlimdə xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.


Source link