Azərbaycan yanvarda 12 ölkəyə 1,4 milyon ton neft ixrac edib – CƏDVƏL
Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 538 333,86 min ABŞ dolları
dəyərində 848 983,07 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi
neft ixracında birinci yerdə qərarlaşıb.
APA-nın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə,
Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin miqdarı və dəyərinə görə
– red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 237 065,03
min dollar dəyərində 381 940,3 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Almaniya tutur. Yanvarda bu
ölkəyə 91 719,7 min dollar dəyərində 145 940,95 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük
orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə
dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 12
ölkəyə 1 397 747,32 min dollarlıq 2 246 118,56 ton neft ixrac edib.
Azərbaycanın bu ilin yanvarında neft ixrac etdiyi ölkələrə dair tərtib olunan
reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edirik:
#
Ölkələr
Məbləğ, min $
Miqdar, ton
–
Cəmi
1 397 747,32
2 246 118,56
1
İtaliya
538 333.86
848 983.07
2
İsrail
237 065.03
381 940.30
3
Almaniya
91 719.70
145 940.95
4
Hindistan
85 811.36
138 527.49
5
Vyetnam
85 115.06
138 516.86
6
Çexiya
80 730.64
131 799.05
7
İrlandiya
55 392.91
88 400.01
8
Rumıniya
52 773.61
86 118.18
9
Avstriya
52 484.63
85 994.55
10
Yunanıstan
51 922.56
84 724.61
11
Türkiyə
50 616.51
84 763.36
12
İspaniya
15 781.45
30 410.12