52b46e73-9a47-460d-95bc-268a574a7c95..jpg

Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafı müzakirə edilib – FOTO

Baxış sayı: 664 dəfə baxılıb.

Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafı müzakirə edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə ölkəmizin Yaponiya
ilə əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb.

Qeyd olunub ki, rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı
texnologiyalarının tətbiqi, enerji və digər sahələrdə tərəfdaşlığın inkişafı
prioritet məsələlərdəndir.

Tərəflər ikitərəfli biznes tərəfdaşlığının əsas istiqamətləri, Azərbaycan və
Yaponiya şirkətləri arasında dialoqun gücləndirilməsi, investisiya və
vergitutma sahəsində, COP29 çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən
keçiriblər.

Yaponiyanın Azərbaycandakı səfiri cənab Katsuya Vatanabe ilə görüşdə ikitərəfli
#biznes
tərəfdaşlığının prioritet istiqamətləri,#ticarət
,
#investisiya
,
vergitutma və#informasiyatexnologiyaları

sahəsində əlaqələrin təşviqi barədə müzakirələr apardıq.#EconomyAz

pic.twitter.com/wMSCZEZsYV
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 2, 2024

Source link