a071c03f-2f35-4a30-9ff1-e210f31a7c16..jpg

Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən şəxs ailəsi ilə birlikdə zəlzələdə həlak olub

Baxış sayı: 971 dəfə baxılıb.

Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən şəxs ailəsi ilə birlikdə
zəlzələdə həlak olub

Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran tərcüməçi
Abdulkadir Özkan Kahramanmaraşda baş verən zəlzələdə həlak olub.

Bu barədə teatrşünas Anar Bürcəliyev sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, zəlzələ tərcüməçinin ailə üzvlərinin də həyatına son qoyub:

“Abdulkadir Özkan Azərbaycan ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə
yaşayacaq”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində
Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye,
Hatay, Kilis, Malatya və Elazığda 12 873 nəfər həyatını itirib, 62 937 şəxs
xəsarət alıb.

Source link