6753b5e6-61f5-4cf7-8042-bbb84e87331f..jpg

Azərbaycan yelkənçiləri beynəlxalq turnirdə üçüncü yeri tutublar – FOTO

Baxış sayı: 672 dəfə baxılıb.

Azərbaycan yelkənçiləri beynəlxalq turnirdə üçüncü yeri tutublar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan yelkənçiləri Türkiyədə keçirilmiş “XI Erk Çelik Halat Bodrum”
beynəlxalq yarışında uğurla çıxış ediblər.

Azərbaycan Yelkən Federasiyasından verilən məlumata görə, turnirə optimist
sinfi üzrə qatılan idmançılardan Davud Babazadə və Nərgiz Məmmədova yeddi ölkə
arasında üçüncü yeri tutublar.

Qeyd edək ki, yarışda məşqçi Yasin Çakırın rəhbərliyi altında milli
üzvlərindən Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli,
Davud Babazadə və Furkan Mustafayev mübarizə aparıblar.

Source link