6096e6ba-a1f4-4c2e-95f7-05d063c730de..jpg

Azərbaycan yığması Çerçesova tapşırılacaq? – AFFA-dan REAKSİYA

Baxış sayı: 556 dəfə baxılıb.

Azərbaycan yığması Çerçesova tapşırılacaq? – AFFA-dan REAKSİYA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat katibi Elnur
Məmmədli Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesovun milli
komandaya baş məşqçi təyin oluna biləcəyi ilə bağlı yayılan məlumatları təkzib
edib.

Bu barədə o, “Sport24”ə açıqlamasında deyib.

E.Məmmədlinin sözlərinə görə, millinin yeni baş məşqçisi ilə bağlı qərar
Federasiyanın işçi qrupunun iclasından sonra müzakirə olunacaq.

“Hazırda nə Stanislav Çerçesov, nə də başqası ilə danışıqlar aparmırıq. Rəsmi
olaraq Azərbaycan millisinin baş məşqçi postu heç bir mütəxəssisə təklif
olunmayıb”, – deyə mətbuat katibi vurğulayıb.

Bundan əvvəl Rusiya millisinin və Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi
Hacı Hacıyev S.Çerçesovun Azərbaycan yığmasınagələ biləcəyini demişdi

.

Source link