Azərbaycan yığması Millətlər Liqasında kimlərlə qarşılaşa bilər?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Millətlər Liqasının 2024-2025 mövsümündə iştirakçılar səbətlərə bölünüb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi yenə C Liqasında mübarizə
aparacaq.
Yığmamız püşkatma zamanı II səbətdə yer alacaq. I səbətdə olan potensial
rəqiblər sırasında Ermənistan da var. Lakin UEFA-nın məlum qərarı səbəbindən bu
komandalar eyni qrupa düşməyəcəklər.
Millətlər Liqasında yeni mövsümün püşkatma mərasimi gələn il fevralın 8-də
Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Qruplarda ilk oyunlar isə
sentyabrın 2-də baş tutacaq. Birinci yeri tutacaq komandalar yuxarı liqada
iştirak hüququ əldə edəcək, ikinci pillənin sahibləri pley-offda mübarizə
aparacaqlar. Qruplarda sonuncu yerlərin sahibləri isə aşağı liqaya
yuvarlanacaqlar.
A Liqası
I səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland
II səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan
III səbət: İsveçrə, Almaniya, Polşa, Fransa
IV səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya
B Liqası
I səbət: Avstriya, Çexiya, İngiltərə, Uels
II səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç
III səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
IV səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan
C Liqası
I səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
II səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
III səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
IV səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya
D Liqası
I səbət: Litva/Cəbəllütariq, Moldova
II səbət: Malta, Andorra, San Marino, Lixtenşteyn