Azərbaycan yığmasının Millətlər Liqası üçün heyəti açıqlandı

Baxış sayı: 2. 833 dəfə baxılıb.

Azərbaycan yığmasının Millətlər Liqası üçün heyəti açıqlandı

Millimiz UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo, sentyabrın 10-da isə səfərdə Malta yığması ilə qarşılaşacaq.

ÇıxışYolu.Com xəbər verir ki, baş məşqçi Qurban Qurbanov qeyd olunmuş oyunlara hazırlıq məqsədilə sabahdan etibarən təlim-məşq toplanışında olacaq. 

Bu məqsədlə Azərbaycan milli komandasının 25 futbolçudan ibarət heyəti açıqlanıb:

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Səbail”);

Müdafiəçilər: Maksim Medvedev, Bədəvi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hər üçü “Neftçi”), Cavid Hüseynov (“Qəbələ”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Rişard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nəzərov (“Ertsqebirqe”, Almaniya);

Hücumçular: Mahir Mədətov (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rauf Əliyev (“Qəbələ”), Ruslan Qurbanov (“Səbail”).

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com