924b4a36-be7d-4051-bdef-44016608374c..jpg

Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər

Baxış sayı: 1. 050 dəfə baxılıb.

Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını yerli
hakimlər idarə edəcəklər.

AFFA-dan verilən məlumata görə, Bakıda təlim-məşq toplanışında olan U-19-un
Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi
yoldaşlıq görüşlərində azərbaycanlı referilər iş başında olacaqlar.

Martın 24-dəki görüşdə Kamran Əliyev ədalət təmsilçisi olacaq. Ona Asif
Abdullayev və Rasim Axundov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını
Şamil İmanzadə yerinə yetirəcək.

Bundan üç gün sonra komandaların ikinci duelinə Əli Əliyev hakimlik edəcək.
Orxan İbişovla Zakir Şükürzadə yan xətt, İslam Məmmədov isə ehtiyat hakim
olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da
başlayacaq.

Source link