132b0556-a0b9-435a-9989-41b52e84651d..jpg

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edildi

Baxış sayı: 759 dəfə baxılıb.

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edildi

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

APA xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar
Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin
178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham
Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinə çağırılmışdı.

Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham
edirlər.

Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa
qoyulub.

Source link