88ab44a8-afaa-47c3-aafe-d7fbdd84d3df..jpg

Azərbaycana əczaçılıq məhsullarının idxalı 24% artıb

Baxış sayı: 1. 117 dəfə baxılıb.

Azərbaycana əczaçılıq məhsullarının idxalı 24% artıb

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 148 milyon 277,61 min
dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq
dövrü ilə müqayisədə 24% və ya 28 milyon 770 min dollar çoxdur. 2022-ci ilin
yanvar-fevral aylarında Azərbaycana 119 milyon 507.28 min dollar dəyərində
əczaçılıq məhsulları idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri
Azərbaycanın ümumi idxalının 5,59%-ni təşkil edib. Xatırladaq ki, ötən ilin
müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının
6,06%-nə bərabər olub.

Source link