Azərbaycana ən çox investisiya yatıran ölkələr açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş
birbaşa xarici investisiyaların həcmi 4 milyard 372,2 milyon dollar təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə
4,5% və ya 205,6 milyon dollar azalıb. Belə ki, 2022-ci ilin müvafiq dövründə
Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4
milyard 577,8 milyon dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycana ən çox xarici investisiya Britaniya və Türkiyədən
yatırılıb. Hesabat dövründə Azərbaycana Britaniyadan 1 milyard 367 milyon
dollar, Türkiyədən isə 872,9 milyon dollar investisiya yatırılıb ki, bu da
illik müqayisədə müvafiq olaraq 8,2% və 16% çoxdur.