778ba748-3a4c-407c-b4bb-7befb2372116..jpg

Azərbaycana avtomobil idxalı azalıb: Səbəb nədir? – VİDEO

Baxış sayı: 1. 064 dəfə baxılıb.

Azərbaycana avtomobil idxalı azalıb: Səbəb nədir? – VİDEO

Ötən il Azərbaycana 74 577 avtomobil idxal edilib. Bu da 2021-ci illə
müqayisədə 16 617 ədəd və ya 18,2% azdır.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil bazarı üzrə qiymətləndirici Sərxan
Qədirov deyib ki, əvvəl ay ərzində 5-10 avtomobil gətirən şəxslər hazırda bu
sayı 2-3 ədədə endiriblər. Hətta ölkəyə nəqliyyat vasitələrinin gətirilməsi
işini dayandıranlar da var.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki,
gözləniləndən fərqli olaraq, ölkəyə idxal olunan kiçik mühərrikli
avtomobillərin sayında da azalma var. Bunun başlıca səbəbi Rusiyada istehsalın
dayandırılmasıdır.

Ekspertin sözlərinə görə, əvvəllər Azərbaycan bazarında Rusiya istehsalı olan
nəqliyyat vasitələri geniş yer tuturdu. Hazırda isə həmin ölkədən idxal tam
dayanıb.

Eldəniz Cəfərov deyib ki, Avropa və Asiyadan isə dizel və benzin mühərrikli
avtomobillərin gətirilməsində ciddi fərq müşahidə edilmir. Təkcə hibrid və
elektromobillərin idxalında azalma özünü göstərir. Buna səbəb kimi də
istehsalın azalması göstərilir.

Eldəniz Cəfərov onu da əlavə edib ki, Rusiyadan avtomobil idxalının
dayandırılması daxili bazara ciddi təsir etməyəcək. Çünki həmin nəqliyyat
vasitələrinin yerini Çin istehsalı olan avtomobillər tutur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link