Azərbaycana daha çox kişi turistlər gəlir - STATİSTİKA

Azərbaycana daha çox kişi turistlər gəlir – STATİSTİKA

Baxış sayı: 2. 488 dəfə baxılıb.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 15,8 faizi İran, 11,6 faizi Türkiyə, 4,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Ukrayna, 1,8 faizi İraq, 14,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 67,9 faizini kişilər, 32,1 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 29,6 faizi yanvar, 26,4 faizi fevral, 44,0 faizi isə mart ayında ölkəyə gəlib. 

Mart ayında ölkəmizə gələlənlərin 25,8 faizini İran vətəndaşları təşkil edib. Onların sayı ötən ilin mart ayında gələnlərdən 4,6 faiz çox olub.

Cari ilin yanvar-mart aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 

Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 7,1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı hər biri üzrə 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,4 dəfə, Oman vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 6,4 faiz azalma müşahidə edilib.

2018-ci ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,1 faiz azalaraq, 18,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,7 faiz artaraq, 204,4 min nəfər olub. 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,3 faizi dəmir yolu və avtomobil, 35,9 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

2018-ci ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq, 943,3 min nəfər olub.

Ölkə vətəndaşlarının 31,6 faizi Gürcüstana, 27,2 faizi İrana, 21,8 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,8 faizi Ukraynaya, 1,5 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,9 faizi kişilər, 30,1 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 21,6 faiz, Gürcüstana gedənlərin sayı 7,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 0,1 faiz azalıb.

Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,7 faizi dəmir yolu və avtomobil, 19,4 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

L.Ə
www.ÇıxışYolu.Com