b40a1bbb-2f11-4c35-9664-a8c1c4038df2..jpg

Azərbaycana gələn məşhur model Bakıda edə bilməyəcəklərindən danışdı – FOTO

Baxış sayı: 835 dəfə baxılıb.

Azərbaycana gələn məşhur model Bakıda edə bilməyəcəklərindən danışdı – FOTO

“Bakıya ilk səfərimdir. Yaxşı mənada təəccübləndim. Şəhər çox gözəl görünür”.

“Report”un məlumatına görə, bunu “Formula-1” üzrə Azərbaycan Qran-Prisində
iştirak etmək üçün Bakıya gələn Xorvatiyalı model İvana Knoll qala gecəsində
jurnalistlərə açıqlamasında deyib.

Səfərlə bağlı təəssüratlarını bölüşən xanım azarkeş Azərbaycan xörəklərinin
dadlı olduğunu söyləyib:

“Açığı, pəhriz saxlamaq istəyirdim. Amma əminliklə deyə bilərəm ki, Bakıda
bunu edə bilməyəcəyəm”.

Knol bildirib ki, Bakıdakı yarışda ilk dəfə iştirak etsə də, digər ölkələrdə
keçirilən Qran-Prilərdə dəfələrlə yer alıb:

“Qətərdəki dünya çempionatı ilə buradakı atmosferi müqayisə edə bilmərəm.
Çünki tamam fərqli turnirlərdir. Ölkələrin müqayisəsinə gəlincə, bu barədə də
fikir bildirməyəcəyəm. Çünki Qətərdə 1 ay oldum, buraya isə cəmi 6-7 saatdır
gəlmişəm”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə
sprint yarışına ev sahibliyi edəcək.

Daha çox şəkil burada: PhotoStock.az

Source link