9efba605-8c5d-47ec-95e9-01e3f6f9d1b3..jpg

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM – FOTO

Baxış sayı: 834 dəfə baxılıb.

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin
eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub”.

Cixisyolu.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə
hesabında məlumat paylaşıb.

Deputat bildirib ki, bu dövrdə də qonşu ölkələr ilk üçlüyü formalaşdırıb:
gələnlərin 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İranın payına
düşüb. Ümumi turistlərin 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi
Səudiyyə Ərəbistanı vətəndaşları olublar:

“Artımlara gəldikdə isə 2023-cü ildə olduğu kimi yenə də Çindən gələnlər
öndədir. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1 dəfə,
Səudiyyə Ərəbistanından – 2,8 dəfə, Hindistandan – 2,7 dəfə, Qırğızıstandan –
2,6 dəfə, Bəhreyndən – 2,5 dəfə, Qazaxıstandan – 2,4 dəfə, Tacikistandan – 2,4
dəfə, Filippindən – 2 dəfə, Omandan – 1,9 dəfə, İspaniyadan – 1,9 dəfə,
Özbəkistandan – 1,9 dəfə, Cənubi Koreyadan – 1,9 dəfə, İordaniyadan – 1,8 dəfə,
İtaliyadan – 1,8 dəfə, Türkmənistandan – 1,7 dəfə, Misirdən – 1,7 dəfə,
Yəməndən – 1,7 dəfə, Küveytdən – 1,6 dəfə, İrandan – 1,6 dəfə artıb.

Ərəb ölkələrindən gələnlərin sayında yenidən artımlar müşahidə edilməyə
başlayıb. Belə ki, bu ilin yanvar-fevral aylarında körfəz dövlətlərindən
gələnlərin sayı 1,7 dəfə artıb. Eyni artım Avropa İttifaqından gələnlərin
sayında qeydə alınıb. MDB ölkələrindən gələnlərdə artım nisbətən azdır: cəmi
31,4 faiz.

Rəsmi statistika göstərir ki, yenidən körfəz ölkələrindən, xüsusən də Səudiyyə
Ərəbistanı və Küveytdən gələnlərin sayında artımlar müşahidə olunmaqdadır.
Bütövlükdə, turistlərin sayına Bakıdan uçuşların sayının artması və eləcə də
ekonom reyslərin çoxalması da təsir göstərib.

Eyni zamanda, mövsümi olaraq Azərbaycanın turizm imkanlarına marağın artması
müşahidə olunmaqdadır”.

Source link