Azərbaycana gətirilən 31 ton kişmişdə kif maya göbələyi aşkarlanıb

Baxış sayı: 3. 222 dəfə baxılıb.

Azərbaycana gətirilən 31 ton kişmişdə kif maya göbələyi aşkarlanıb

Özbəkistandan Azərbaycana idxal edilən 31 ton quru üzümün ekspertizaya cəlb edilməsi həyata keçirilib. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Bu barədə ÇıxışYolu.Com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Laborator müayinələr nəticəsində məhsuldan götürülmüş nümunələrdə kif maya göbələyi aşkar edilib. AQTA mütəxəssisləri tərəfindən sahibkara kif maya göbələyinə yoluxan məhsulun termiki emaldan keçirilməsi tövsiyə olunub.

Adıçəkilən məhsulun bir hissəsi termiki emaldan keçirilib və ondan təkrar nümunə götürülüb.

Təkrar müayinələr nəticəsində termiki emaldan sonra məhsulda kif maya göbələyi aşkarlanmayıb və quru üzümün normativ texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Qeyd edək ki, kif maya göbələyi bakteriyalar kimi əlverişli şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığı üçün təhlükə yaradır.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!