dcd9e712-6fd2-46a5-84ac-2ce3eb3c320c..jpg

Azərbaycana gətirilən reaktiv mühərrik yanacaqları gömrük rüsumundan azad edildi

Baxış sayı: 801 dəfə baxılıb.

Azərbaycana gətirilən reaktiv mühərrik yanacaqları gömrük rüsumundan azad
edildi

Azərbaycana idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və
digərləri 2023-cü il dekabrın 31-dək 15 faizlik gömrük rüsumundan azad edilib.

Cixisyolu.com xəbər verir ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan
Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük
rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı
qərarında dəişiklik edib.

Bundan başqa, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların
aksiz dərəcələri”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, reaktiv mühərriklər
üçün TC-1 markalı yanacağın 1 tonu üçün 80 manat olan aksiz dərəcəsinə güzəşt
tətbiq edilib və 2023-cü il dekabrın 31-dək 1 manat müəyyənləşdirilib. Bu qərar
həmçinin reaktiv mühərriklər üçün digər yanacaq növlərinə də şamil edilib.

Source link