Azərbaycana idxal edilən bəzi məhsullar daha iki il gömrük rüsumundan azad
edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycana idxal edilən bəzi məhsullar daha iki il gömrük rüsumundan azad
edilib.
“Report” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan
Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük
rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik
edib.
Dəyişikliyə əsasən, ölkəyə idxal edilən inəklər, toyuqlar, toyuq əti, kərə
yağı, rekombinə edilmiş yağ, zərdab yağı, təzə və soyudulmuş tomat, xiyar və
kornişonlar, üzümün süfrə növləri, alma, armud, bəzi portağal və digər sitrus
meyvələrinin şirələri, meyvə və tərəvəz şirələri əsasında içkilər, bəzi
energetik içkilər, südlü pastalar daha iki il gömrük rüsumundan azad edilib.