7fee6fc3-08b6-450d-9dc3-4b3e18793ffd..jpg

Azərbaycana məxsus “Mi-8” helikopterini erməni terrorçularının vurmasından 31 il ötür

Baxış sayı: 865 dəfə baxılıb.

Azərbaycana məxsus “Mi-8” helikopterini erməni terrorçularının vurmasından 31
il ötür

Bu gün Şuşa yaxınlığında Azərbaycana məxsus “Mi-8” helikopterini erməni
terrorçularının vurmasından 31 il ötür.

Terror hadisəsi 1992-ci il yanvarın 28-də Şuşanın Xələfi kəndi yaxınlığında
baş verib. Ağdamdan Şuşaya uçan helikopter Xankəndi istiqamətindən
qumbaraatanla vurulub. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan
ibarət 41 sərnişin və 3 ekipaj üzvü həlak olub.

44 nəfərin ölümünə səbəb olan bu terror aktından iki ay əvvəl-20 noyabr
1991-ci ildə də ermənilər bənzər hadisə törədib. Həmin gün ermənilərin Xocavənd
rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” helikopterini atəşə tutması
nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlərini həlak olub.

Bu qəza dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət
müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif
Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının
şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin
müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı
Mustafayev daxil olmaqla ümumilikdə 22 nəfərin həyatına son qoyub.

Source link