Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistan polisi “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın beş üzvünü
saxlayıb.
Bu barədə təşkilatın “Facebook” səhifəsində məlumat verilib.
Silahlı qruplaşmanın Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik
Mkrtçyan və Aramais Ağabekyan adlı üzvləri Noyemberyan rayonunun polis şöbəsinə
aparılıb.
Qeyd edək ki, həmin şəxslər Qazax rayonun Ermənistanın işğalı altında olan və
ötən həftə əldə edilmiş razılığa əsasən Azərbaycana təhvil veriləcək dörd
kəndində saxlanılıblar.
Mənbə: Armeniatoday