2e98eeb2-faf2-4258-947c-0962ad1c4969.jpg

Azərbaycana ucuz maşınlar GƏTİRİLDİ

Baxış sayı: 188 dəfə baxılıb.

Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər
ucuzlaşıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin sentyabrında ölkəyə
idxal edilən bir ədəd hibrid avtomobilin orta qiyməti 25 099 dollar olub. Bu da
avqust ayı ilə müqayisədə 2 581 dollar və ya 9,3 faiz, 2023-cü ilin sentyabrına
nisbətən isə 6 845 dollar və ya 21,4 faiz ucuzlaşma deməkdir.

2024-cü ilin sentyabrında elektromobillərin orta idxal qiyməti 36 999 dollar
təşkil edib ki, bu da bir ay əvvəllə müqayisədə 1 796 dollar və ya 4,6 faiz,
2023-cü ilin eyni ayına nisbətən isə 290 dollar və ya 1 faizə yaxın azdır.

Avtomobil satan Eldar Əliyev sözügedən ucuzlaşmanı ölkəyə gətirilən nəqliyyat
vasitələrinin çoxluğu ilə əlaqələndirib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, hibrid mühərrikli
avtomobillər və elektromobillərin orta idxal qiymətinin azalması ölkəyə ucuz
avtomobillərin gətirilməsi ilə bağlıdır:

“İdxal olunan avtomobillərin qiymətində kəskin ucuzlaşma yoxdur. Burada
seqment dəyişikliyi var. Yəni əvvəllər ölkəyə dəyəri yüksək olan avtomobillər
gətirilirdisə, hazırda həmin seqmentdən olan ucuz avtomobillər gətirilir.
Məsələn, əvvəllər 30 000 dollara elektromobil gətirilirdisə, indi isə bu 25 000
dollara başa gəlir”, – ekspert deyib.

Qeyd edək ki, son illərdə hibrid mühərrikli avtomobillərin və
elektromobillərin idxalına və satışına vergi güzəştlərinin tətbiq edilməsi
onlara marağı artırıb.

Azərbaycana ucuz maşınlar GƏTİRİLDİ
Azərbaycana ucuz maşınlar GƏTİRİLDİ

Source link