35e1f29c-daf9-4104-a0db-49381ec744b5..jpg

Azərbaycana xarici valyutada qiymətli kağızların gətirilməsi və çıxarılması halları müəyyənləşdirildi

Baxış sayı: 949 dəfə baxılıb.

Azərbaycana xarici valyutada qiymətli kağızların gətirilməsi və çıxarılması
halları müəyyənləşdirildi

Xarici valyutada qiymətli kağızların Azərbaycana gətirilməsi və ölkədən
çıxarılması halları müəyyənləşdirilib.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə
Heyəti “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın
Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə”
2016-cı il 3 mart tarixli qərarına dəyişikliyi təsdiq edib.

Dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər
xarici valyuta ilə yanaşı, xarici valyutada qiymətli kağızları da nominal
məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət
olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

Bundan başqa, 10 min ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı,
habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada
bəyan etməklə Azərbaycandan çıxarıla bilər. Həmçinin 10 min ABŞ dolları
ekvivalentindən çox olan xarici valyutada qiymətli kağızların əvvəllər
Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və
yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən çıxarıla
bilər.

Xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qaydaların tələbləri
çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim
etsin.

Source link