Ötən ay 210 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.
Dövlət Statistika Komitəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, bu ilin yanvar ayında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 210 nəfər Azərbaycana gəlib.
Azərbaycandan gedənlərin sayı isə 99 nəfər qeydə alınaraq, miqrasiya saldosu müsbət 111 nəfər olub.