Azərbaycanda əhali arasında “tutuquşu” qızdırmasına yoluxma halları artır? –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İnsanlar arasında “tutuquşu” qızdırmasına yoluxma halları sürətlə artır.
Psittakoz bakteriyasının törətdiyi virusa görə ölüm xəbərləri Avropanı təşvişə
salıb. Avstriya, Danimarka, Almaniya, İsveç və Niderlandda artıq 30 yoluxma,
beş ölüm faktı təsdiqlənib.
Bəs virusun simptomları nələrdir?
İnfeksionist Mərdan Əliyev bildirib ki, quş fermalarında işləyən şəxslərdə bu
xəstəliyə rast gəlinə bilir:
“Quşlardan insanlara hava yolu ilə yoluxa bilir. Simptomları koronavirusa
oxşayır. Qızdırma, titrətmə, sinir-əzələ ağrıları, halsızlıq kimi simptomlar
müşahidə edilir. Qorunmaq üçün quşlardan uzaq durmaq lazımdır. Şübhəli hallar
olarsa, tənəffüs yollarını qoruyan maskalardan istifadə etmək olar”.
İnfeksionist Vasif Əliyev isə qeyd edib ki, virusun yayılma riski o qədər də
yüksək deyil:
“Çünki nəticə etibarilə bu, bakterial infeksiyadır. Azərbaycan üçün təhlükəli
vəziyyətin olduğunu düşünmürəm”.
Qeyd edək ki, xəstəliyin nadir hallarda insandan insana keçdiyi bildirilir.
Mütəxəssislər deyirlər ki, düzgün diaqnoz qoyulduqda virus antibiotiklərlə
müalicə edilə bilər.
Ətraflı Baku TV-nin süjetində: