Azərbaycanda əhalinin 90 faizi peyvənd olunmayıb

Azərbaycanda əhalinin 90 faizi peyvənd olunmayıb

Baxış sayı: 2. 281 dəfə baxılıb.

 

Azərbaycanda əhalinin 10 faizi koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunub.

Bu barədə koronavirusinfo.az saytında məlumat verilib.

Vaksinasiya olunmayanlar isə hələ ki, ölkə əhalisinin 90 faizini təşkil edir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 4-nə olan statistikasına görə, Azərbaycanda koronavirus əleyhinə 19 min 286 vaksin vurulub. Birinci mərhələdə peyvənd olunanların sayı 4702, ikinci mərhələ üzrə 14584 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 536 min 328, birinci mərhələ üzrə vaksin olunanların sayı 980005 , ikinci mərhələ üzrə isə 556323 nəfər təşkil edir.