Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli
xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,3% artaraq 9
milyard 087,1 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bunun 6 milyard 895,6 milyon manatlıq hissəsi hüquqi şəxslərə
məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,9%-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 2 milyard 007,7 milyon manatı
dövlət, 7 milyard 079,4 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.
İl ərzində hər bir ölkə sakini orta hesabla 895,2 manatlıq və yaxud bir il
əvvələ nisbətən 177,1 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən
istifadə edib.