61dff8a2-c369-45ac-8e65-8c51c46e91d3.webp

Azərbaycanda əlil övladına təcavüz edən ata həbs edildi

Baxış sayı: 326 dəfə baxılıb.

Siyəzən rayonunda əlil övladına təcavüz etmiş şəxs həbs edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, rayondakı qurumlardan birində fəhlə
işləyən 1970-ci il təvəllüdlü Y.Feyziyev (ad-soyadlar şərtidir) Cinayət
Məcəlləsinin 149 və 150-ci (Zorlama və seksual xarakterli zorakılıq əməlləri)
maddəsi ilə məsuliyyətə cəlb edilib.

Məlum olub ki, 54 yaşlı kişi 30 yanvar 2024-cü ildə saat 15-16 radələrində
birgə yaşadıqları ünvanda serebral iflic, eşitmə və danışma əngəlli, əqli
gerilik və s. xəstəliyi səbəbindən I qrup əlilliyi olan, özünü müdafiə etmək və
müqavimət göstərmək imkanından məhrum qızına cinsi təcavüz edib.

O, 2000-ci il təvəllüdlü, doğma qızı bildiyi, lakin bioloji övladı olmadığı
istintaqla müəyyən edilmiş Güləndamın köməksiz vəziyyətdə olmasından istifadə
edərək iyrənc hərəkətlər edib. Bu zaman qızın anası gəlib və hadisə barədə
polisə məlumat verib.

İstintaq prosesi zamanı əlil qızın atasının başqası olması da müəyyən edilib.
Lakin hadisəyə qədər Y.Feyziyev Güləndamı doğma qızı sanırmış.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Y.Feyziyev
yeddi il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Source link