89068030-4ced-43ed-8a28-b393a1d45fda..jpg

Azərbaycanda əmək pensiyasının minimum məbləği 280 manata çatdırılacaq

Baxış sayı: 866 dəfə baxılıb.

Azərbaycanda əmək pensiyasının minimum məbləği 280 manata çatdırılacaq

Prezident İlham Əliyevə əmək pensiyasının minimum məbləğinin 280 manata
çatdırılmasına dair təkliflər təqdim ediləcək.

Bu, dövlət başçısının imzaladığı əhalinin sosial rifahının yaxşılaşdırılması
sahəsində əlavə tədbirlər haqqında sərəncamda öz əksini tapb.

Sərəncama əsasən, bununla bağlı Nazirlər Kabinetinə 10 gün vaxt verilib.
Azərbaycan hökuməti həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin
artırılması ilə bağlı təkliflərini prezidentə təqdim etməlidir.

Xatırladaq ki, hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 240
manatdır.

Source link